BDU-da 5068 bakalavr imtahan verib

28/01/2021

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında
27 yanvar 2021-ci il tarixində imtahan günü uğurla başa çatıb. İmtahanlar Microsoft Teams platforması üzərindən təşkil edilib, ümumilikdə 229 qrupda 5068 bakalavr imtahan verib.
Universitetin Qazax filialında isə 21 qrup üzrə 383 tələbə imtahanlarda iştirak edib.
Magistratura pilləsində isə 68 ixtisaslaşmada 50 fənn üzrə 247 magistrant imtahan verib.
BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər həyata keçirilib.
Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
Qeyd edək ki, tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək məqsədilə “Qaynar xətt” və Apellyasiya Komissiyası da fəaliyyətini davam etdirir.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026