BDU-da “525-ci qəzet”in yubileyi qeyd edildi

17/11/2017

Bu gün Bakı Dövlət Universitetində “525-ci qəzet”in 25 illik yubileyinə həsr olunmuş tədbir və yubiley münasibətilə nəşr olunmuş “525”-zamanın sınağında” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov  “525-ci qəzet”in Azərbaycanın müstəqilliyi ilə yaşıd olduğunu bildirib. Qeyd edib ki, yarandığı gündən etibarən bu qəzeti fərqləndirən əsas cəhət onun demokratik xarakteri olub. Ümummilli lider Heydər Əliyevin demokratik, müstəqil mətbuat ideyalarının ölkə prezidenti cənab İlham Əliyevin böyük istək və qayğı ilə inkişaf etdirdiyini qeyd edən rektor, bu gün ölkəmizdə dünya standartlarına uyğun mükəmməl bir KİV sisteminin yarandığını, “525-ci qəzet”in bu sistemdə ləyaqətli yer tutduğunu bildirib. Akademik Abel Məhərrəmovun sözlərindən o da məlum olub ki, qəzetin təsisçiləri və onu bugünkü səviyyəyə çatdıran insanlar Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin məzunlarıdır. Qəzetin baş redaktoru Rəşad Məcid və yaradıcı kollektiv bütün fəaliyyətləi boyu ulu öndər Heydər Əliyevin demokratik mətbuat ideyalarını rəhbər tutaraq Azərbaycan və azərbaycançılığa xidmət edib, müstəqilliyimizin qorunmasına və inkişafına bacardıqları qədər xidmət göstəriblər. Akademik Abel Məhərrəmov “525-ci qəzet”in yarandığı ilk günlərdən günümüzədək həmişə Bakı Dövlət Universitetinin tədris, elmi, ictimai tədbirlərini diqqət mərkəzində saxladığını  bildirib və bu qəzeti “ümummilli qəzet” kimi qiymətləndirib. Rektor Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədlinin müəllifi olduğu “525”-zamanın sınağında” adlı kitabın əhəmiyyətini qeyd edərək əsərdə       qəzetin yaranma tarixi, onun fəaliyyətinin əsas istiqamətləri, mövzu dairəsi, mədəni həyatımızın, ədəbiyyat və incəsənətimizin, elmi düşüncəmizin işıqlandırılmasında göstərdiyi yaradıcılıq xidmətlərinin əks edildiyni xüsusilə qeyd edib.

Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədli çıxış edərək müəllifi olduğu “525”-zamanın sınağında” adlı kitabın yaranma ideyasından, qəzetin Azərbaycan mətbuat tarixində oynadığı tarixi roldan bəhs edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli 25 yaşlı “525-ci qəzet”in tarixi missiyasından, mətbuatın inkişafındakı xidmətlərindən danışıb.

Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Ciftçi,  BDU-nun professoru Şirməmməd Hüseynov qəzet haqqında fikirlərini bölüşüb, təbriklərini çatdırıblar.

Sonra Təhsil Nazirliyinin şöbə müdiri Casarət Valehov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxməmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elman Babayev, Dini Qurumlarla İş üzrə Dövlər Komitəsinin şöbə müdiri Gündüz İsmayılov təmsil etdikləri qurumların rəhbərlərinin təbrik məktublarını diqqətə çatdırıblar.

Sonda “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid tədbirin təşkilatçıları və iştirakçılara minnətdarlıq edib, qəzet haqqıda deyilən xoş sözlərə görə təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 17 noyabr 2017-ci il

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024