BDU-da 600-dən yuxarı bal toplayan tələbələr birinci kursdan elmi fəaliyyətə cəlb olunurlar

12/10/2016

Son illər BDU-da elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin hələ tələbəlik illərindən elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra islahatlar və intensiv işlər aparılır. Bu işlərin davamı kimi bu il 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olunmuş, o cümlədən elmi işə xüsusi maraq göstərən  312 nəfər tələbənin birinci kursdan başlayaraq elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə onların hər birinə professor-müəllim və elmi işçilər sırasından elmi rəhbərlərin təyin olunması barədə sərəncam imzalanıb. Sərəncama əsasən elmi rəhbərlər tələbələrlə söhbət edərək onları müvafiq kafedralarda aparılan elmi tədqiqat işlərinin istiqamətləri və metodları ilə tanış etməli, maraq dairələrini müəyyən edərək uyğun mövzular üzrə elmi-tədqiqat işinə cəlb edilməsini təmin etməlidirlər. Sərəncamda nəzərdə tutulur ki, movzular muəyyənləşdirilərkən, еlmin, təhsilin muasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, təhsil islahatları, dovlətin elm və təhsil sahəsindəki siyasəti, habelə kafеdranın еlmi-tədqiqat işlərinin əsas istiqamətləri nəzərə alınmalı və mövzular kafedra iclaslarında ətraflı müzakirə edilərək təsdiq olunmalıdır. Tələbələrin elmi fəaliyyəti və aldığı nəticələr hər ilin sonunda kafedra iclaslarında müzakirə edilərək qiymətləndirilməli, onların aldığı elmi nəticələrin konfranslarda məruzə edilməsi və elmi jurnallarda çap edilməsi təmin edilməlidir.

Mətbuat və informasiya şöbəsi, 12 oktyabr 2016-cı il.

Xəbərlər

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində uğurla təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində  uğurla təmsil olunur
30/07/2026

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram

BDU-da “Vyetnam – kimliyin melodiyası” adlı musiqili-mədəni proqram
30/07/2026

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026