BDU-da 6 ixtisaslaşma beynəlxalq akkreditasiyadan keçdi

30/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin magistratura səviyyəsinin 6 ixtisaslaşması üzrə Ali Təhsildə Keyfiyyətin Təmin Olunması Avropa Assosiasiyasının (ENQA) üzvü, Təhsildə Keyfiyyətin Təminatı Avropa Reyestrində (EQAR) qeydiyyatdan keçmiş, Təhsildə Keyfiyyətin Təminatı Müstəqil Agentliyi (İQAA) tərəfindən təhsil proqramlarının beynəlxalq və Avropa kefiyyət standatlarına uyğunluğun qiymətləndirilməsi - beynəlxalq akkreditasiyası aparılıb. Beynəlxalq akkreditasiya iki beynəlxalq  ekspert komissiyası tərəfindən həyata keçirilib.

“Üzvi kimya”, “Yüksək molekullu birləşmələr kimyası” və “Neft kimyası” ixtisaslaşmaları üzrə ekspert qrupunda Qazaxıstanın K.İ.Satbayev adına Milli Tədqiqat Texniki Universitetinin akademik məsələlər üzrə prorektoru Rinat İsakov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri Valentin Nenaydeko, Türkiyə Yıldız Texnik Universitetinin kafedra müdiri Sevil Yücel, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini Hikmət İbrahimov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Fariz Əliyev və ekspert qrupunun koordinatoru Qaliya Raximcanova iştirak ediblər. “Qeyri-üzvi kimya”, “Analitik kimya” və “Fiziki kimya” ixtisaslaşmaları üzrə ekspert qrupunda M.Aeuzov adına Cənubi-Qazaxıstan Universitetinin qeyri-üzvi maddələrin kimyəvi texnologiyası kafedrasının  müdiri Qalina Seytmaqzimova, Lissabon Texniki Universitetinin professoru Armando Pombeiro, Münhen Texniki Universitetinin professoru Ralf Zimmerman,  AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı, AMEA-nın doktorantı Emin Əliyev və ekspert qrupunun koordinatoru Karlıqaş Ciqitçeyeva iştirak ediblər.

Hibrid formatda təşkil  olunan akkreditasiya zamanı ekspertlər magistratura təhsil proqramlarının təhsil, elm və digər sahələrdə 7 beynəlxalq və Avropa keyfiyyət standarlarına uyğunluğunu qiymətləndiriblər. 15-16 mart tarixlərində ekspertlər kafedralar tərəfindən ingilis dilində hazırlanmış özünütəhlil hesabatlarını analiz edərək, Universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti, magistrantlar, məzunlar işəgötürənlərlə müsahibələrdən sonra keçirilən auditin ilkin nəticələrə görə fakültədə elm və təhsilin səviyyəsinin yüksək olduğunu qeyd ediblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024