BDU-da 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Kosmos hüququ” mövzusunda işçi seminar keçiriləcək

29/09/2023

2023-cü il 2-6 oktyabr tarixində Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-nun tələbələri və gənc tədqiqatçıları üçün “Kosmos hüququ” mövzusunda işçi seminar keçiriləcək.

Seminarda Avstraliyanın Qərbi Sidney Universitetinin (Western Sydney University) fəxri professoru Steven Freeland “Kosmik resurs fəaliyyətlərinin hüquqi aspektləri: Problemlər və çağırışlar” (Legal Aspects of Space Resource Activities: Issues and Challenges) mövzusunda və Almaniyanın Köln Universitetinin (University of Cologne) Hava Hüququ, Kiber Hüquq və Kosmos Hüququ İnstitutunun direktoru, professor Stephan Hobe “Kosmik dağıntıların azaldılması və beynəlxalq ekologiya hüququ” (Space Debris Mitigation and international environmental law) mövzularında məruzə ilə çıxış edəcəklər.

Arzu edənlər iştirak edə bilərlər.

Seminarın keçiriləcəyi yer: BDU-nun yeni tədris binası, dəyirmi zal

Tarix: 2023-cü il 4 oktyabr, saat: 15:00 - 16:30


Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026