BDU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir

30/03/2016

Bakı Dövlət Universitetində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün dönəmlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməllər törətdiklərini, erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb.1918-ci il 31 mart soyqırımından bəhs edən rektor bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verilib. Onun sözlərinə görə, hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq. Rektor onu da bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində baş verən vəhşi terror aktlarının tarixində ermənilərin başladığı terror təşkilatları durur. Təşkilatlanmış "Daşnaksütyunun",“ASALA” və digər terror təşkilatları fəaliyyət göstərəndə və müsəlman ölkələri bu terror qurumlarının ləğvinə çağırışlar edəndə dünya birliyi sakitcə müşahidəçilik edirdi.

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 5 dəqiqəlik tanıtım çarxının nümayişindən sonra kafedra müdirləri, professorlar İzzət Rüstəmov və Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq, bu hadisələrin həm də dini-etnik ayrıntılar zəminində həyata keçirildiyini bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 30 mart 2016-cı il.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026