BDU-da “İş axtarışı strategiyaları” mövzusunda təlim

03/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə Tarix fakültəsinin IV kurs tələbələri üçün “Karyera söhbətləri” layihəsi çərçivəsində “İş axtarışı strategiyaları” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi tələbələrin əmək bazarının tələbləri ilə yaxından tanış olması, onlara uğurlu karyera planlaşdırılmasında dəstək göstərməkdir.

Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin karyera planlaşdırılması üzrə məsləhətçisi Pərvanə Babayeva layihənin əhəmiyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, iş axtarışı prosesi təkcə elanlara müraciət etməklə məhdudlaşmır. Bu proses fərdi karyera planının hazırlanmasını, düzgün tərtib edilmiş CV və motivasiya məktubunu, müsahibəyə psixoloji və praktiki hazırlığı, həmçinin səmərəli kommunikasiya bacarıqlarının formalaşdırılmasını tələb edir.

Təlimdə peşəkar əlaqə şəbəkəsinin qurulması, karyera platformalarından məqsədyönlü şəkildə istifadə, şirkətlərə təşəbbüskar müraciətlərin göndərilməsi, könüllülük fəaliyyəti və təcrübə proqramlarında iştirakın iş axtarışında əhəmiyyətli rolu barədə də danışılıb.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026