BDU-da “I Milli Texnologiya Sərgisi” keçiriləcək

18/03/2022

2022-ci il 30 mart tarixində Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş, BDU-nun gənc tədqiqatçıları və tələbələri tərəfindən hazırlanmış müxtəlif innovasiya və texnologiya layihələrinin sərgiləndiyi “I Milli Texnologiya Sərgisi” keçiriləcək.

Sərgidə aşağıda qeyd edilən sahələr üzrə layihələr sərgilənəcək:
–    Proqramlaşdırıla bilən mikrosxemlər (Arduino, Raspberry Pi) və onların əsasında hazırlanmış ağıllı həllərin müxtəlif sahələrdə tətbiqləri;
–    Əşyaların interneti (IoT)  və maşından maşına (M2M) texnologiyaları əsasında “Smart Life” - Ağıllı Şəhər və Kənd konsepsiyası layihələri;
–    Modelləşdirmə və 3D çap texnologiyaları;
–    Proqramlaşdırma və internet texnologiyaları.

Sərgi iştirakçısı olan komandalar tərəfindən öz layihələrinin elektron dövrəsinin hazırlanması, proqramlaşdırılması, prototipin gövdəsinin 3D modelinin hazırlanması və çap edilməsi prosesləri canlı formada mərhələli olaraq təqdim ediləcək.

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026