BDU-da “İntihar halları və mübarizə yolları” mövzusunda görüş keçirilib

17/12/2021

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və LOQOS Psixoloji və Nitq inkişaf mərkəzinin tərəfdaşlığı ilə gənclər arasında “İntihar hallarının qarşısının alınması”na dair maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı  peşəkar psixoloqların psixologiya sahəsinə həvəsli gənclərlə görüşü keçirilib. Görüşdə psixoloq Emin Səfərov son zamanlar gənclər arasında artan intihar hallarının əsas psixoloji səbəbləri (bullinq halları, psixolojinin pozulması, ailə münaqişəsi, internetdən asılılıq, məcburetmə, erkən nigah, maddi durumun ağır olması, sosial problemlər və s.) və bunların aradan qaldırılmasının yolları barədə geniş məlumat verib.

Layihənin həyata keçirilməsində əsas məqsəd təhsil müəssisələrində baş vermiş intihar hallarının araşdırılması, müəyyənləşdirilməsi və bundan sonra bu cür halların baş verməməsi üçün gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb
21/04/2026

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib
21/04/2026

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir
21/04/2026