BDU-da “İntihar hallarının qarşısının alınması” mövzusunda təlim

04/04/2022

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Gənclərin İnkişafı və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “İntihar hallarının qarşısının alınması” mövzusunda təlim keçirilib.

Təlimdə BDU-nun şöbə müdiri Ramin Səmədov, Gənclər Fondunun əməkdaşı Çinarə Kazımzadə və ATGTİ-nin nümayəndəsi Aynurə Salmanlı  çıxış edərək bu istiqamətdə həyata keçirilən layihələrdən danışıblar. Daha sonra  LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Emin Səfərov son zamanlar gənclər arasında intihar hallarının artmasının əsas psixoloji səbəbləri (bullinq halları, psixologiyanın pozulması, ailə münaqişəsi, internetdən asılılıq, məcburetmə, erkən nigah, maddi durumun ağır olması, sosial problemlər və s.) və bunların aradan qaldırılmasının yolları barədə geniş məlumat verib.

Təlim işini interaktiv formada davam etdirib.

Təlimin həyata keçirilməsində əsas məqsəd təhsil müəssisələrində gənclər arasında maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026