BDU-da Vaterlo Universitetinin dekanı ilə görüş keçirilib

20/04/2018

Kanadanın Vaterlo Universitetinin Riyaziyyat fakültəsinin dekanı, professor Stefan Vattın rəhbərlik  etdiyi nümayəndə heyəti BDU-da olub.

Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin tarixi barədə məlumat verib, onun beynəlxalq əlaqələrindən,  Kanada universitetləri ilə əməkdaşlıq əlaqələrindən bəhs edib. Rektor, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin hazırlanmasının əhəmiyyətini də qeyd edib.

Sonra çıxış edən professor Stefan Vatt təmsil etdiyi universitetdə müxtəlif elm sahələri üzrə təhsilin həyata keçirildiyini, burada təcrübə əsaslı tədrisə önəm verildiyini qeyd edib.

S.Vattın sözlərinə görə, Vaterlo Universitetində Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alırlar. O, həmçinin təmsil etdiyi ali məktəbə qəbul qaydaları, qarşıya qoylan tələblər və şərtlər barədə danışıb.

Kanadada Süni İntellekt İnstitutunun fəaliyyət göstərdiyini, Maliyyə Texnologiyaları İnstitutunun yaradılması istiqamətində isə işlərin davam etdirildiyini deyən qonaq kvant texnologiyalarına dair aparılan tədqiqatlardan bəhs edib.

Görüşdə  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə, Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 20 aprel 2018-ci il.

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026