BDU-da “Viley onlayn kitabxana platformasından istifadə qaydaları”na həsr olunmuş seminar keçirilib
18/10/2016
Bu gün Bakı Dövlət Universitetində “Viley onlayn kitabxana platformasından istifadə qaydaları”na həsr olunmuş seminar keçirilib. Əvvəlcə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edərək keçirilən seminarın əhəmiyyətindən bəhs edib.
“Viley” nəşriyyatının Türkiyə, Azərbaycan, Özbəkistan üzrə satış meneceri Duygu Pacalinın məruzəsindən sonra “Azərbaycan elmi dünya çapında”, “Azərbaycan elminə “Viley” tərəfindən baxış”, “Viley onlayn kitabxana platformasından istifadə qaydaları” kimi mövzular dinlənilib və əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib. Sonda iştirakçıların sualları cavablandırılıb.
Mətbuat və informasiya şöbəsi, 18 oktyabr 2016-cı il.
Xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
