BDU-da “Yeni proqram - Yeni hədəflər” adlı elmi konfrans keçirilib
26/09/2017
Bakı Dövlət Universitetində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərə həsr olunmuş “Yeni proqram - Yeni hədəflər” adlı elmi konfrans keçirilib. Konfransı açan BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Daşqın Qənbərov iştirakçıları salamlayıb, adıçəkilən proqramı Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. Dövlət Proqramı barədə ətraflı məlumat verən THİK sədri bunun cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, onların təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədi daşıdığını vurğulayıb.
Sonra BDU İdman kafedrasının müdri Akif Atakişiyev respublikada, o cümlədən universitetdə gənclərə olan qayğıdan, tələbələrin uğurlarından və proqramın əhəmiyyətindən bəhs edib. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin magistrantı Etibar Əhmədovun çıxışından sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2017-ci il.
Xəbərlər
BDU rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb
BDU rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb
BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib
BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib
BDU-da ustad dərsi: “Pedaqoji mühit və kitabxanalar”
BDU-da ustad dərsi: “Pedaqoji mühit və kitabxanalar”
