BDU-da “ABŞ və Azərbaycanda jurnalistika təhsili” mövzusunda elmi seminar

10/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərovanın “ABŞ və Azərbaycanda jurnalistika təhsili” mövzusunda elmi seminarı keçirilib. Seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Kafedra müdiri, dosent Xatirə Hüseynova bildirib ki, Anzulə Cəfərova Amerika Birləşmiş Ştatlarında “ABŞ institutlarının öyrənilməsi” (“SUSI for scholars”) adlı akademik tədqiqat proqramında iştirak edib. Elmi seminarın mövzusu Arizona Dövlət Universitetində jurnalistika təhsilində tətbiq olunan modelin Azərbaycanda jurnalistika təhsili ilə müqayisəli təhlilinə həsr olunub.

Anzulə Cəfərova hazırda dünyada jurnalistika təhsilində olan yeniliklər, “Walter Cronkite” Jurnalistika və Kütləvi Kommunikasiya Məktəbində tətbiq olunan “Tədris xəstəxanası” modeli barədə ətraflı çıxış edib. O bildirib ki, jurnalistika və tibbi təhsilin müqayisə olunduğu modeldə mətbuatın cəmiyyətə birbaşa təsiri vurğulanır, tələbələrin bu istiqamətdə peşəkar qabiliyyətlərə yiyələnmələrinin önəmi göstərilir. Həmin modelin uğuru müəllim, tələbə və peşəkarların birgə fəaliyyətinə əsaslanır. Məruzəçi həmçinin BDU-nun Jurnalistika fakültəsində bu modelin tətbiqi ilə bağlı atılan addımları xüsusi dəyərləndirib.

İnteraktiv şəkildə keçən elmi seminarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026