BDU-da “Abituriyentlərə dəstək” proqramının ilk təlimi

05/03/2024

Bakı Dövlət Universitetində (BDU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Uşaq Səfirlər Məclisi tərəfindən “Gələcəyini qur!” layihəsi çərçivəsində “Abituriyentlərə dəstək” proqramının ilk təlimi keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov  abituriyentlər üçün belə təlimin faydalı olduğunu bildirib. Qeyd edib ki, ölkənin aparıcı ali təhsil müəssisəsi olan BDU hər zaman gənclərin inkişafı, irəli getməsi üçün çoxsaylı tədbirlər həyata keçirir. Universitetin nəzdində fəaliyyət göstərən tələbə təşkilatları, Mədəniyyət-yaradıcılıq Mərkəzi də bu kimi işləri həyata keçirən təsisatlardandır.

AQUPDK-nın Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva Uşaq Səfirlər Məclisinin fəaliyyət mexanizmindən, keçirdiyi tədbirlərdən,  ölkədə uşaqların inkişafı, müdafiəsi və sağlam gələcəyi üçün həyata keçirilən dövlət siyasətindən danışıb.

Uşaq Səfirlər Məclisinin koordinatorları Əsmər İsmayılova və Nurlan Cəbrayılzadə  gələcək peşələrinin abituriyentlərin həyatlarını formalaşdıracaq və yönləndirəcək bir vasitə olduğunu qeyd edib,  bu yolda əzmlə çalışmağın müsbət nəticələr verdiyini vurğulayıblar.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Xəlil Babayev tərəfindən abituriyentlərə interaktiv qaydada imtahan prosesinə hazırlıq zamanı stresin idarə olunması, özünü motivasiya etməyin yolları izah edilib. İxtisas seçimi zamanı kənar müdaxilələrin fərdi seçimlərə olan təsirinin ciddi fəsadlara yol aça biləcəyi diqqətə çatdırılıb.

Təlim sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, təlim iki gün davam edəcəkdir.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026