BDU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilir

28/07/2025

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Açıq qapı” günü başlayıb.

Abituriyentlərə BDU-nun tədris, elmi, sosial fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, ali təhsil müəssisələrinin flaqmanı olaraq BDU növbəti tədris ilində əmək bazarının tələblərinə uyğun ixtisaslar və müxtəlif yeniliklərlə tələbələri qarşılamağa hazırlaşır.

Abituriyentlər BDU-da fəaliyyət göstərən müzeyləri, “Eko Məkan”ı və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzini ziyarət ediblər. Daha sonra abituriyentlər üçün infossesiya təşkil olunub. İnfossesiyada çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova, Tədrisin təşkili və idarə olunması Mərkəzinin Təcrübənin təşkili sektorunun müdiri Nərgiz Abbas BDU-da ixtisas və fakültələr, sosial fəaliyyət, karyera planlaması haqqında məlumat veriblər.

İnfosessiyanın sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, BDU-da “Açıq qapı” günü avqustun 8-dək davam edəcək.

Qeydiyyat linki: https://forms.gle/f3ae7nK2qXZ84TSk9

 

Xəbərlər

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb
22/08/2025

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq
21/08/2025

BDU-da “Elsevier”in Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi ilə görüş keçirilib

BDU-da “Elsevier”in Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi ilə görüş keçirilib
21/08/2025