BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

06/08/2026

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Açıq qapı” günləri başa çatıb.

28 iyul və 4-6 avqust tarixlərində keçirilən “Açıq qapı” günlərində ümumilikdə 909 abituriyent iştirak edib.

“Açıq qapı” günlərində iştirak edən abituriyentlərin 299 nəfəri qəbul imtahanlarında 200-400, 496 nəfəri 400-600, 114 nəfəri isə 600 və daha yüksək bal toplayıb.

"Açıq qapı" günləri çərçivəsində Universitet əməkdaşları tərəfindən abituriyentlər üçün məlumatlandırıcı sessiyalar təşkil olunub, ixtisas seçimi ilə bağlı suallar cavablandırılıb. Hər gün təşkil olunan sessiya və kampusdaxili ekskursiyalar müddətində isə Universitetin akademik və sosial fəaliyyəti, eləcə də tələbələr üçün yaradılan təhsil imkanları haqqında geniş məlumat verilib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026