BDU-da abituriyentlər üçün seminar

18/07/2022

Bakı Dövlət Universitetində (BDU) Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə  "İxtisasın sənin gələcəyindir" adlı seminar keçirilib.
Seminarda çıxış edən informasiya və texnologiya sahəsi üzrə mütəxəssislər Bəhruz Əzimov, Adil Vəliyev və Vüsət Əzizov abituriyentlərə gələcək peşə fəaliyyətlərinin formalaşması üçün tövsiyələr verib, abituriyent və valideynlərin suallarını cavablandırıblar.
Seminarda həmçinin “İxtisas seçimi necə edilir?”, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?”, “İxtisas seçimində edilən səhvlər nədir?”, “İmtahandan bir həftə əvvəl necə hazırlaşmalı?” və bu kimi digər mövzular ətrafında maraqlı müzakirələr aparılıb, Təhsil Tələbə Krediti Fondunun gələcək layihələrindən bəhs olunub.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026