BDU-da ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş

05/12/2024

Bakı Dövlət Universitetində (BDU) Amerika Birləşmiş Ştatlarının Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) təmsilçisi, “Mikro Information Free Zone Establishment” şirkətinin direktoru Mehmet Haseki ilə görüş keçirilib.

Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev, Elmi Kitabxananın direktoru Nigar İsmayılova və Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova iştirak ediblər.

Qonaq “IEEE-nin missiyası bəşəriyyətin rifahı naminə texnoloji innovasiyaları təşviq etməkdir” mövzusunda təqdimatla çıxış edib. Elektronika, elektrik mühəndisliyi, kompüter və şəbəkə avadanlıqları üçün standartlar hazırlayan, dünyada geniş istifadə olunan,  müasir dünya elmi-texniki ədəbiyyatının üçdə birini özündə cəmləşdirən, ən böyük elmi məlumat bazalarından biri olan “IEEE Xplore” rəqəmsal kitabxanası təqdim olunub.

IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnologiyaları və informasiya elmləri sahələrində elmi fəaliyyətin təşkili və inkişafı, onların nəticələrinin cəmiyyətin mənafeyi naminə tətbiqi, habelə mütəxəssislərin peşəkar inkişafı üçün onlara informasiya dəstəyi göstərməkdir. Hazırda 190-dan çox ölkədən 460000-dən çox üzvü olan IEEE dünya üzrə 2000-dən çox illik konfrans və tədbirə sponsorluq edir.

“IEEE Xplore” platforması istifadəçilərə 6 milyondan çox tammətnli sənəddən qiymətli tədqiqat materiallarını, elmi məqalələri, texniki standartları və konfrans materiallarını səmərəli şəkildə axtarıb tapmaq və istifadə imkanı verir. İştirakçılara platformanın qabaqcıl funksiyaları, elmi tədqiqatlarının məhsuldarlığını və faydasını artırmaq üçün IEEE-in imkanlarından maksimum istifadə etmək bacarıqları haqqında məlumat verilib.

Sonda platformadan istifadə imkanları və üzvlük məsələləri müzakirə olunub.

 

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025