BDU-da “Adaptasiya proqramı” çərçivəsində növbəti təlim

09/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Adaptasiya proqramı” çərçivəsində növbəti təlim keçirilib. Tədbirdə “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatının marketinq və ictimaiyyətlə əlaqələr komitəsinin sədri Nazənin Məmmədli və “Xaricdə könüllülük” proqramları üzrə komitə sədri Ləman Alxasova çıxış ediblər.

Əvvəlcə dünyanın ən böyük gənclər təşkilatlarından biri olan AIESEC haqqında məlumat verilib, təşkilatın yaranma tarixi, fəaliyyət strukturu, qlobal şəbəkəsi və təqdim etdiyi liderlik, sosial təsir və inkişaf imkanları barədə danışılıb. Bildirilib ki, AIESEC hər il minlərlə gəncə xaricdə təcrübə proqramlarında iştirak etmək və beynəlxalq mühitdə təcrübə qazanmaq imkanı yaradır.

Təlim zamanı sosial layihələrdə iştirakın cəmiyyətə faydası və gənclərin fərdi inkişafına müsbət təsirləri xüsusi qeyd edilib. Könüllülüyün gənclərdə şəbəkələşmə, komanda işi, liderlik, zaman və layihə idarəetməsi kimi vacib bacarıqları formalaşdırdığı vurğulanıb. Çıxışçılar bildiriblər ki, könüllülük yalnız sosial məsuliyyət deyil, həm də professional həyata keçiddə mühüm addımdır.

Təlim tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026