BDU-da Ag nanonaqillərin enerji sistemlərində tətbiqinə dair seminar

21/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında “Ag nanonaqilləri və qrafen oksidi əsasında kompozitlərin alınması, enerji sistemlərində tətbiqi” adlı elmi seminar keçirilib.

Seminarda laboratoriyanın kiçik elmi işçisi Lalə Qəhrəmanlı eyniadlı məruzə ilə çıxış edib. Məruzəçi Ag nanonaqilləri, qrafen oksidinin quruluşu, xassələri, əsas alınma üsulları, kompozit materiallar şəklində hazırlanma texnologiyaları, müasir tətbiq sahələri haqqında seminar iştirakçılarına geniş məlumat verib.

Qeyd olunub ki, Ag/qrafen oksid əsaslı hibrid kompozitləri təmiz Ag nanonaqilləri ilə müqayisədə aşağı müqavimətə və yüksək keçiriciliyə malik olduqları üçün elektrolüminissensiya cihazlarının, şəffaf keçirici elektrodların, superkondensatorların, günəş batareyalarının və fotokatalitik elementlərin tətbiqində daha üstün quruluşlar hesab edilir.

Məruzə üzrə müzakirələr aparılıb və seminar iştirakçılarının sualları cavablandırılıb. Müzakirələrdə Nanoaraşdırmalar ETL-də bu istiqamətdə aparılan işlərin perspektivli olduğu vurğulanıb.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026