BDU-da “AgroEco” hakatonunun final mərhələsi keçirilib

14/03/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “AgroEco” hakatonunun final mərhələsi keçirilib.

Hakatonun ilkin mərhələsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin elmi katibi Akif Vəliyev və BDU-nun Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı tələbələrə aqroekologiya, kənd təsərrüfatı və ətraf mühit problemlərində innovativ həllərin axtarılması istiqamətində ideya yönümlü təlim keçiblər.

Hakatonun ikinci mərhələsində BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin layihələrlə iş üzrə departamentinin sədri Fidan Qəniyeva iştirakçıları layihənin yazılması və idarəolunması sahəsində əsas biliklər, SMART layihənin qurulması üsulları ilə tanış edib.

Yarışın üçüncü mərhələsində iştirakçılar beş komandaya bölünərək diskussiyalar aparıblar.

Final mərhələsində 5 komandanın hər biri hazırladıqları layihələri təqdim ediblər. Münsiflər heyətinin qərarına əsasən, “Aguadrop” komandasının “Damcı suvarma sistemlərində su istifadəsinin optimallaşdırılması” layihəsi I yeri tutub. II və III yerləri isə “Terranova” və “GreenGenius” komandaları qazanıb. Qalib komandalara kubok, medallar və sertifikatlar verilib.

 

 

 

Xəbərlər

BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb

BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb
08/04/2026

BDU-nun dosentləri Özbəkistanda elmi ezamiyyətdə olublar

BDU-nun dosentləri Özbəkistanda elmi ezamiyyətdə olublar
08/04/2026

BDU tələbələri üçün  Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub

BDU tələbələri üçün  Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub
07/04/2026