BDU-da AIESEC təşkilatının təcrübə proqramları haqqında məlumatlandırıcı tədbir

11/03/2022

Bakı Dövlət Universitetində (BDU) AIESEC təşkilatının və BDU Könüllülərinin birgə təşkilatçılığı ilə təcrübə proqramları haqqında məlumatlandırıcı tədbir keçirilib.

Tədbirdə təşkilatın yaranma tarixi, inkişaf yolu, xaricdəki könüllü və maaşlı təcrübə proqramlarında iştirak etmək üçün qeydiyyat prosedurları haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, dünyanın 126-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatı olan AIESEC-in əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxarmaq, onların inkişafına töhfə verməkdir. Yarandığı gündən 1 milyondan çox gəncin şəxsi inkişafına səbəb olan təşkilat müxtəlif proqramlar vasitəsilə gənclərə beynəlxalq təcrübə keçmək şansı yaradıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Qeyd edək ki,  AIESEC təşkilatı Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərir. Hazırda “AIESEC Azərbaycan” təşkilatının ölkəmizdə 200-dən artıq aktiv üzvü var.

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026