BDU-da akademik Həsən Abdullayevin xatirə barelyefi açılıb

26/09/2018

Bakı Dövlət Universitetində görkəmli alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyi çərçivəsində xatirə barelyefi açılıb. Açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov görkəmli alim Həsən Abdullayevin Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla yanaşı, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirməsindən, ümumdünyəvi fizika elminin əsas simalarından biri olmasından bəhs edib. Eyni zamanda, akademik Həsən Abdullayevin 36 il AMEA-nın Fizika İnstitutunun direktoru, 1970-ci ildən 1983-cü ilədək həm də Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi gördüyü işlərdən danışıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, qurumun Rəyasət Heyətinin üzvləri və institut direktorlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər akademik Həsən Abdullayev fundamental tədqiqatların genişləndirilməsi, elmi nəticələrin nəzəri cəhətdən yüksək səviyyədə işlənməsi ilə yanaşı, respublikanın ayrı-ayrı təbii sərvətlərinin daha dərindən öyrənilməsi və elmin iqtisadi səmərəsinin artırılmasına yönəldilən kompleks tədqiqatlara da üstünlük verməsindən bəhs ediblər.
Qeyd edək ki, akademik Həsən Abdullayev 15 monoqrafiyanın, 250-dən artıq ixtiranın, onlarla dərsliyin, 500-dən çox elmi məqalənin müəllifi olub.

Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2018-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026