BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı

21/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Ümumi dilçilik kafedrasının müdiri, millət vəkili, akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş görkəmli Danimarka dilçisi Lui Yelmslevin “Linqvistik nəzəriyyənin əsasları” kitabının təqdimatı keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun və Azərbaycan Dillər Universitetinin dilçi alimləri, tanınmış ziyalılar, gənc tədqiqatçı və tələbələr iştirak ediblər.

Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmnmədov qonaqları salamlayaraq, BDU-da ümumi dilçilik akademik məktəbinin ənənələrindən söz açıb, Nizami Cəfərovun rəhbərliyi dövründə kafedranın elmi həyatında baş verən canlanmanın gənclərin elmə marağının artmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Alimin tərcümə yaradıcılığına diqqət çəkən dekan bildirib ki, Lui Yelmslevin struktur dilçiliyin qlossematik hüdudlarını və üfüqlərini müəyyən edən bu əsəri ilk dəfə Danimarka, sonra isə ingilis dillərində nəşr olunub. Əsərin Azərbaycan dilindəki hazırki nəşri isə rus dilindən tərcümədir.

Sonra söz akademik Nizami Cəfərova verilib. Tərcüməçi-alim görkəmli dilçinin elmi yaradıcılığı haqqında məlumat verib, kitabın tərcüməsinin Azərbaycan elmi ictimaiyyəti üçün mühüm maraq doğuracağına əminliyini ifadə edib. Bildirib ki, dahi Ferdinand de Sössürün “Ümumi dilçilik” kursunun nəşrindən sonra dil haqqındakı elmin tarixində böyük bir hərəkat baş verib. “Linqvistik nəzəriyyənin əsasları” kitabının məziyyətlərinə toxunan natiq Lui Yelmslevin özünəməxsus metadil axtarışlarına münasibətini ifadə edib, bu baxışları Azərbaycan dilçilərinin metadili anlayışı ilə qarşılaşdırıb.

AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Dilçilik İnstitutunun şöbə müdiri, professor İlham Tahirov, BDU-nun professorları Elbrus Əzizov və Tofiq Hacıyev, Azərbaycan Dillər Universitetinin professorları Azad Məmmədov və Adil Babayev, BDU-nun dosenti İsmayıl Məmmədov akademik Nizami Cəfərovun ümumi dilçilik və tərcümə sahəsindəki xidmətlərindən, o cümlədən yeni nəşrin dilçiliyimiz üçün mühüm hadisə olmasından danışıb, müəllifə uğurlar arzulayıblar.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024