BDU-da akademik Yaqub Mahmudovun 85 illik yubileyi qeyd olunub

12/02/2024

Bakı Dövlət Universitetində (BDU) görkəmli tarixçi alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Yaqub Mahmudovun Azərbaycan tarixinin tədqiqi, öyrənilməsi və ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm xidmətləri var. Rektor görkəmli alimin 1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində müxtəlif vəzifələrdə çalışdığını, 17 il AMEA-nın Tarix İnstitutunun direktoru işlədiyini, Azərbaycan tarixinin müxtəlif dövrlərinin öyrənilməsində xüsusi rola malik olduğunu xatırladıb. Qeyd edib ki, Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını aşkara çıxarıb, bu sahədə elmə mühüm yeniliklər gətirib. O, diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə aid çoxsaylı monoqrafiya, dərslik, kitab, dərs vəsaiti, elmi-publisistik məqalələrin müəllifidir. 1991-ci ildən BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri olan Yaqub Mahmudov həmçinin ölkənin tanınmış ictimai-siyasi xadimlərindən biridir. O, dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib, hazırda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. Görkəmli alimin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub.

Daha sonra Tarix fakültəsinin dekanı İbrahim Zeynalov akademik Yaqub Mahmudovun elmi fəaliyyəti ilə bağlı məruzə edib. O bildirib ki, Yaqub Mahmudov Azərbaycan tarixinin tədqiqində bir çox ilklərə imza atıb. O, totalitar sovet rejiminin tuğyan etdiyi bir zamanda  milli dövlətçilik tariximizin qaranlıq qalan sahələrinə müraciət etməyə başlayıb. Hələ  1966-cı ildə Ağqoyunlu – Bayandurlar dövlətinin Avropa və Asiya dövlətləri ilə geniş əlaqələrə malik olduğunu sübut edib. BDU-nun Tarix fakültəsinin nəzdində bir sıra yeni ixtisasların açılması, “Azərbaycanın maddi-mədəniyyət tarixi”, “Dünya azərbaycanlıları: tarixi demoqrafiyası”, “Tarixi tədqiqatlarda elektron – hesablama maşınları və riyazi üsulların tətbiqi” laboratoriyalarının yaradılması məhz onun adı ilə bağldır. Akademik Yaqub Mahmudovun 1991-1992-ci illərdə “Təhsil haqqında” ilk qanunun hazırlanmasında da xidmətləri böyükdür. “Orta əsrlər tarixi” dərsliyinin yaradılması da onun adı ilə bağlıdır. Həmin dövrdə ilk dəfə olaraq bütün türk dövlətlərinin tarixi “Orta əsrlər tarixi” dərsliyində yer alıb. Görkəmli alim erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsində xüsusi xidmətlər göstərib.

BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının müdiri Əsməd Muxtarova, Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru Əmrah Dadaşov, baş müəllimi Sevinc Məmmədova çıxışlarında akademik Yaqub Mahmudovun tarix elmimizi dünya miqyasında layiqincə təmsil etdiyini qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, Yaqub Mahmudov ömrünün yarısından çoxunu Azərbaycan tarixinin araşdırılması və tədrisinə həsr edib. Görkəmli tarixçi hazırda da öz məhsuldar elmi fəaliyyəti ilə tarix elminə əhəmiyyətli töhfələr verməkdədir.

Sonda söz yubilyara verilib. Akademik Yaqub Mahmudov elmi fəaliyyətinə verilən dəyərə görə Universitet rəhbərliyinə təşəkkürünü bildirib, gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib.

Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
02/11/2024

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir
02/11/2024

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir
01/11/2024