BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş intellektual yarış 

04/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış təşkil edilib. Yarış Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi tələbələr arasında elmə marağın artırılması, intellektual düşüncənin inkişaf etdirilməsi, məntiqi təhlil bacarıqlarının gücləndirilməsi və komanda ruhunun formalaşdırılması olub.

Üç raunddan ibarət yarış ümumilikdə 30 sualı əhatə edib. İlk iki raund ümumi dünyagörüşünə dair suallardan ibarət olub, üçüncü raund isə akademik Yusif Məmmədəliyevin həyat və elmi yaradıcılığına həsr olunub. Oyun yalnız biliklərin qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, məntiq, düşüncə çevikliyi və diqqət tələb edən intellektual mübarizə xarakteri daşıyıb.

Turnirdə Kimya fakültəsinin müxtəlif qruplarını təmsil edən altı komanda ("Atom X", "Spark", "Quantum Team", "Zəka", "Evrika" və "Penta") iştirak edib. Yarışın nəticələrinə əsasən,  I yerə “Quantum Team” komandası layiq görülüb. Sonda qalib komandanın üzvləri sertifikatlarla mükafatlandırılıb.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026