BDU-da “Akademik Zərifə Əliyeva -100” adlı sərgi kitab sərgisi

28/04/2023

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş kitab sərgisi təşkil edib. "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin həmmüəllifi, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olan akademik Zərifə Əliyevanın elmi irsi alimin doğum günündə sərgilənir. Sərgidə həmçinin, akademik Zərifə xanım Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, onun haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair nəşrlər, biblioqrafik göstəricilər, foto albomlar da nümayiş olunur.

BDU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş Respublika konfransında da nümayiş olunan sərgi konfrans iştirakçılarının, habelə qonaqların böyük marağına səbəb olub.

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026