BDU-da "Aşkar xətti çoxaddımlı üsullarda P-dayanıqlılıq" mövzusunda beynəlxalq elmi seminar keçirilib

17/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda 27 Mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı beynəlxalq elmi seminar keçirilib.  
Seminarda Marağa Universitetinin Riyaziyyat bölməsinin professoru  Ali Şokri "Aşkar xətti çoxaddımlı üsullarda P-dayanıqlılıq" mövzusunda məruzə edib.
Məruzədə qeyri-xətti və ya ən çox P-dayanıqlılıq olan bir neçə aşkar P-dayanıqlılıq üsulunun yaradılması qeyd olunub. Məruzəçi bildirib ki, xətti çoxaddımlı P-dayanıqlılıq üsullar aşkar ola bilməz, onlar qeyri-aşkar olmalıdır. Qeyri-aşkarlıq P-dayanıqlılığın mühüm xüsusiyyətini əldə etmək üçün vacib şərtdir. İlk dəfə olaraq ikinci dərəcəli adi diferensial tənliklərin başlanğıc qiymət məsələlərinin ədədi həlli üçün aşkar xətti ikiaddımlı sinqulyar P-dayanıqlılıq üsulların yeni ailəsi yaradılıb.Yeni ailənin köməyi ilə alınan ədədi nəticələr onun effektivlik, dəqiqlik, yaxınlaşma və dayanıqlıq baxımından üstünlüyünü göstərir.
Hibrid formada keçirilən seminarda BDU-nun əməkdaşları ilə yanaşı, Türkiyə, İran və Azərbaycanın müxtəlif universitetlərinin alim və tədqiqatçıları iştirak ediblər.
Məruzədən sonra seminar diskussiya şəklində davam edib, məruzəçi ona verilən sualları cavablandırıb.

Xəbərlər

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı  
18/09/2026

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
18/09/2026

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub
18/09/2026