BDU-da “İşğaldan azad olunmuş ərazilərdə sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda elmi seminar

13/04/2021

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində “İşğaldan azad olunmuş ərazilərdə sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.

Xarici ölkələrin iqtisadi siyasi coğrafiyası və turizm kafedrasının baş müəllimi Vüqar Dərgahov mövzu ilə bağlı məruzə edib. Məruzədə sağlamlıq turizminin dünayada və Azərbaycanda müasir vəziyyəti, inkişaf istiqamətləri, ölkəmizin bu sahədə rəqabət qabiliyyətindən bəhs olunub. İşğaldan azad olunan ərazilərdə sağlamlıq turizm brendlərinin yaradılması üçün balneloji, mikroiqlim, ekoloji, mədəni irs amillərinin kompleks tədqiqi istiqamətlərindən söz açılıb. Regionda 150-dən çox termal və mineral müalicəvi su mənbəyinin olması, iqlim-balneoloji potensialı haqqında məlumat verilib. Eyni zamanda, məruzədə sağlamlıq zonalarının ayrılması və destinasiya strategiyasının hazırlanması, SPA-Willens tipli sağlamlaşdırma müəssisələrinin təşkili, təbii və mədəni sərvətlərin sağlamlıq müəssislərinin təşkilində istifadəsi, yüksək kateqoriyalı sağlamlıq müəssisələri ilə yanaşı, butik istirahət mərkəzlərinin təşkili, "Yaşıl otel", "Smart otel", "Ekobutik kurort" konsepsiyasının tətbiqinə üstünlük verilməsi qeyd olunub.

Elmi seminarda professor Yaqub Qəribov, dosentlər - Saleh Nağıyev, Həbibə Soltanova, Elxan Nuriyev, Mətanət Musayeva, Sahilə Allahverdiyeva, baş müəllim Gülşən Soltanova, müəllim Polad Orucovun mövzu haqqında çıxış ediblər.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026