BDU-da “Ağıllı ev” mövzusunda təlim keçirilib

15/12/2021

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və BDU SABAH qruplarının birgə təşkilatçılığı ilə “Ağıllı ev” mövzusunda təlim keçirilib. Tədbirdə “Vision Academy” tədris mərkəzinin, “Elsmart” şirkətinin nümayəndələri və SABAH qruplarının tələbələri iştirak edib.

Tədbirdə "Ağıllı ev" layihəsində proqram təminatı, texniki təchizat və onun insan həyatındakı rolundan bəhs olunub.

“Elsmart” şirkətinin baş direktoru Əli Kərimov "Ağıllı ev" layihəsi haqqında tələbələrə məlumat verib, bu layihədə evlərin təhlükəsizliyinin təşkil olunması, kommunal xidmətlərin əlverişli istifadəsi, müəyyən avadınlıqların fəaliyyətinin məsafədən avtomatlaşdırılmasına diqqət çəkib.

“Elsmart” şirkətinin nümayəndələri tələbələrin gələcək karyeraları və müharibədən sonra işğaldan azad olan torğaqlarda "Ağıllı kənd", "Ağıllı qəsəbə" layihələri haqqında danışıb.

Sonda “Vision Academy” tədris mərkəzinin direktoru Abdulxaliq Məmmədli mərkəzin fəaliyyəti haqqında tələbələrə məlumat verib.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026