BDU-da “Alman dili dərsində poetik yazı” mövzusunda ixtisas kursu keçiriləcək

01/09/2015

DAAD və Bakı Dövlət Universitetinin birgə təşkilatçılğı ilə “Alman dili dərsində poetik yazı” mövzusunda ixtisas kursunun (09.09.-14.09.2015) keçirilməsi nəzərdə tutulub. Bakı Dövlət Universitetində keçiriləcək kursda adıçəkilən universitetin  germanistika və alman dilini tədris edən müəllimlərilə yanaşı regionlardan, o cümlədən, Azərbaycanın və Gürcüstanın  ali məktəb müəllimlərinin iştirakı da nəzərdə tutulub. Kurs Almaniyadan dəvət edilən mütəxəssis xanım Dr.İngrid Beker-Rossun rəhbərliyi altında keçiriləcək.

Kursda  aşağı dil səviyyələrində yazı qabiliyyətinin inkişaf etdirilməsi metodlarının öyrədilməsi, alman ədəbiyyatının aşağı dil səviyyələrində aktiv müqayisəsinin göstərilməsi, yazıda baryeri aradan qaldırmaq üçün lazımı şərtlərin müzakirəsi, öz yazdığının interpretasiyasına girişin əks etdirilməsi, bu tapşırığı inkişaf etdirmək üçün müvafiq qiymətləndirmə meyarlarının müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, DAAD (Alman Akademik Mübadilə Xidməti) tələbə və elmi işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır.


Mətbuat və İnformasiya şöbəsi, 01 sentyabr 2015-ci il.

Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026