BDU-da almaniyalı qonaqlarla görüş keçirilib

06/10/2011

Bakı Dövlət Universitetinin tarix fakültəsində Almaniyanın Vilhelm və Aleksandr adına Humdold Universitetinin eyni fakültəsindən gələn tələbələrlə görüş keçirilib. Azərbaycanın yeni və müasir tarixi kafedrasının müdiri Azad Rzayev qonaqlara universitet haqqında məlumat verib. Bildirib ki, Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrə böyük önəm verir və beynəlxalq arenada nüfuzunu artırmaq üçün belə görüşlərin tez-tez keçirilməsinin tərəfdarıdır. Kafedra müdiri rəhbərlik etdiyi kafedranın daha da təkmilləşməsindən danışıb. Kafedranın bir hissəsinin də Berlində yerləşdiyini deyən Azad Rzayev “biz bir kafedranın iki üzvüyük”, - deyə fikrilərini bitirib.

Almaniya nümayəndə heyətinin rəhbəri, Berlində yerləşən Humdold Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor, doktor Auch Eva-Maria görüşdən məmnun olduğunu, Bakı Dövlət Universiteti kimi ali təhsil ocağı ilə əməkdaşlığa önəm verdiklərini qeyd edib. Sonra qonaqlar fakültə ilə yaxından tanış olublar. Qarşılıqlı maraq doğuran görüşdə Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov, aparıcı məsləhətçisi Fuad Ələkbərov da iştirak ediblər.

Qonaqlar universitetdən xoş təəssüratlarla ayrılıblar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 06 oktyabr 2011-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026