BDU-da Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin nümayəndə heyəti ilə görüş olub

03/05/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin İqtisadi Hüquq İnstitutunun direktoru, professor Kristian Tietyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub. Ölkəmizdə təhsilə olan dövlət qayğısından danışan rektor 100 illik yubiley ərəfəsində Bakı Dövlət Universitetində elm-təhsil sahəsində həyata keçirilən layihələrdən, həmçinin beynəlxalq əlaqələrin möhkəmlənməsindən, Almaniyanın bir sıra universitetləri ilə elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib.

Professor Kristian Tietye, öz növbəsində təmsil etdiyi universitet, o cümlədədn İqtisadi Hüquq İnstitutu barədə ətraflı məlumat verib, BDU-da yaradılan yüksək şəraitlə tanış olduğunu,  universitetlərarası əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı “Azərbaycanda Mülki hüquq və mülki proses sahəsində elmi infrastrukturun gücləndirilməsi” adlı layihənin icrası ilə bağlı razılıq əldə olunub. Layihədə ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycanda mülki və sahibkarlıq hüququ, mülki proses sahəsində təhsilin yeni tədris metodları ilə keçirilməsi, mülki hüquq sahəsində çalışan gənc azərbaycanlı alimlərin Halle-Vittenberq Universitetində doktorantura təhsili alması, birgə seminarların təşkili kimi məsələlər öz əksini tapıb.

Görüşdə Sosial məsələlər və tələbələrlə iş üzrə prorektor, professor Sani Hacıyev, Xarici tələblərlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, dosent Elçin Xələfov və Martin Lüter Universitetinin yunior-professoru Azər Əliyev iştirak edib.

Mətbuat və informasiya şöbəsi? 03 may 2018-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026