BDU-da altıncı ixtisaslaşmış Karyera Sərgisi keçirilir

12/05/2026

Bakı Dövlət Universitetində (BDU) “Peşəkar gələcəyə doğru körpü” – altıncı ixtisaslaşmış Karyera Sərgisi keçirilir. Tədbirin əsas məqsədi sənaye və aqrar sahələrə maraq göstərən tələbə və məzunları ölkənin aparıcı şirkətləri və müəssisələri ilə bir araya gətirmək, onların əmək bazarına daha uğurlu inteqrasiyasına dəstək verməkdir.

Açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, Bakı Dövlət Universitetində fakültə və ixtisas sayı çox olduğundan ixtisaslaşmış karyera sərgilərinin keçirilməsi özünü daha çox doğruldur. Prorektor son illərdə tələbə və məzunların karyera yüksəlişi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində BDU məzunlarının məşğulluq göstəricilərinin 8 faiz artdığını diqqətə çatdırıb. O qeyd edib ki, budəfəki ixtisaslaşmış Karyera Sərgisində ölkənin nüfuzlu sənaye, aqrar, kimya, geologiya müəssisələri öz vakansiya və təcrübə proqramlarını təklif edirlər. Prorektor iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onları sərgidə aktiv iştiraka səsləyib.

Sərgi çərçivəsində iştirakçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə infosessiya, seminar və təlimlər də təşkil olunacaq.

 

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026