BDU-da “Çanakkale: Barışa uzanan Yol” adlı konfrans keçirilib

22/05/2015

Türkiyə, Böyük Britaniya və Avstraliyanın Azərbaycandakı səfirliklərinin  Bakı Dövlət Universiteti ilə birgə təşkil etdikləri “Çanakkale: Barışa uzanan Yol” adlı konfrans BDU-da öz işinə başlayıb. Konfransı giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açaraq  Çanaqqala qələbəsinin 100-cü ildönümü məqsədilə həyata keçirilən tədbirin  Bakı Dövlət Universitetində keçirilməsinin əhəmiyyətini qeyd edib. Rektor, Mustafa Kamal Atatürkün və silahdaşlarının apardıqları mübarizədən bəhs edərək Osmanlı imperatorluğunun dağıntılarının yerində çağdaş bir dövlət yaradılmasının önəmini xüsusi vurğulayıb.

Sonra Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxış edərək Çanaqqalada Avropa dövlətlərinə qarşı aparılan qəhrəmanlıq mübarizəsindən, bu qələbənin əhəmiyyətindən danışıb.

Daha sonra  Böyük Britaniyanın və Avstraliyanın ölkəmizdəki səfirləri  İrfan Siddiq və Ceyms Martin Larsenin çıxışları dinlənilib.

Türkiyənin Çanaqqala 18 mart Universitetinin təsisçi-rektoru, professor Ahmet Mete Tuncoku Çanaqqala zəfərinin tarixi haqqında məruzə nitqi ilə çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 22 may 2015-ci il.

Xəbərlər

Ana dilimiz – milli sərvətimiz, iftixarımız

Ana dilimiz – milli sərvətimiz, iftixarımız
01/08/2025

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub
01/08/2025

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
01/08/2025