BDU-da “Şanlı ordumuz - qürurumuzdur” adlı dəyirmi masa keçirilib

25/06/2021

Bakı Dövlət Universitetində (BDU) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş “Şanlı ordumuz - qürurumuzdur” adlı onlayn dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev çıxışında rəşadətli Azərbaycan Ordusunun yaranması və keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bildirib ki,  Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunub. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Liderimizin adı ilə bağlıdır. Məhz onun sayəsində ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilmiş, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılmışdır.
E.Babayev qeyd edib ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz uzaqgörən rəhbərin gərgin zəhmətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən Müharibəsindəki parlaq qələbə Milli Ordumuzun gücünün və qüdrətinin göstəricisidir. Rektor bu il 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününün fərqli ovqatda - qalib ölkənin qalib vətəndaşları olaraq qeyd etdiyimizi söyləyib. O, əminliklə bildirib ki, növbəti illərdə də bu bayram ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.
Milli Məclisin üzvü, YAŞAT Fondunun Himayəçilik Şurasının üzvü BDU-nun professoru Anar İsgəndərov Azərbaycan ordusunun yaranması və keçdiyi şərəfli tarix haqqında geniş məruzə ilə çıxış edib.
Daha sonra DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov, Qarabağ qazisi, YAŞAT Fondunun əməkdaşı Elşad Haşımov, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi Fərhad Aydınlı mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Milli Ordunun yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində göstərdiyi xidmətlər, 2016-cı il "Aprel döyüşləri"ndə, Vətən Müharibəsində Milli Ordumuznun göstərdiyi şücaət, ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi haqqında bəhs olunub.
Vətən Müharibəsi iştirakçıları – BDU-nun Filologiya fakültəsinin 2019-cu il məzunu Elnur Soltanov, BDU-nun Tarix fakültəsinin 2017-ci il məzunu, ehtiyatda olan hərbçi Xəyal Zeynalov döyüş əməliyyatlarından, əsgərlərimizin şərəfli döyüş yolundan söz açıblar, müharibə ilə bağlı xatirələrini bölüşüblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024