BDU-da "Şanlı tarix salnaməsi" adlı tədbir

12/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr edilmiş "Şanlı tarix salnaməsi" adlı onlayn tədbir keçirilib. Tədbirdə Şəhid ailələri - Leytenant Sənan Məmmədlinin anası Rəsmiyyə Məmmədli, Şəhriyar Mirişlinin anası Mətanət Mirişli iştirak edib. Çıxışlarda qəlbən, ruhən Vətənə bağlı olan oğullarımızın, qəhrəmanlarımızın hər zaman Azərbaycan uğrunda canlarından keçməyə hazır olduğu, şəhidlik zirvəsinə yüksəldildiyi bildirilib.

Tədbirdə ikinci Qarabağ müharibəsi və Aprel döyüşləri iştirakçısı Hafiz Əhmədov çıxış edərək həyatın bütün mərhələlərində  vətənpərvərlik duyğusunun vacib olduğunu qeyd edib. Kitabxanaçılıq-İnformasiya fakültəsinin THİK sədr müavini Rahidə Qarayeva və fakültənin 1-ci kurs tələbəsi Nərgiz Həşimzadə çıxış edərək ulu babalarımızın əmanəti olan Vətənin onların sonrakı davamçıları tərəfindən də sevilib, qorunub, bizə əmanət edildiyini və bu gün də azad, bütov Azərbaycan olaraq gələcək nəsillərə miras olduğunu nəzərə çatdırıblar. Tədbir BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı  vəzifəsini icra edən Ələmdar Bayramov, dekan müavini Mehmanəli Məmmədov və Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılovun çıxışları ilə yekunlaşıb.

 

Xəbərlər

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir
30/12/2025

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
30/12/2025

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb
30/12/2025