BDU-da Anım Günü ilə bağlı kitab sərgisi təşkil olunub

25/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 27 Sentyabr - Anım Günü ilə bağlı ənənəvi kitab sərgisi təşkil edib.

Sərgidə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqların tarixini əks etdirən, 44 günlük Vətən müharibəsində qələbəyə aparan prosesləri işıqlandıran, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən oğullarının həyatını əks etdirən Azərbaycan, rus və ingilis dillərində 50-yə yaxın kitab nümayiş olunur.

Bu il sərgidə əsas diqqət 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə yönəlib. Sərgidə nümayiş olunan “Şəhid həkimlər (R.Qurbanlı)”, “Şəhadətə gedən cəsur sərkərdə – polkovnik-leytenant Nail Rəfail oğlu Orucov (Z.Abbasov)”, “Vətən sizə oğul dedi (E.Quliyev)”, “Şəhid Ceyhun dastanı (R.Əlyar)”, “Şuşanın qoxusu gəlir”, “Göylərdən göylərə: Bir şəhidin gündəliyi – Hafiz, Müəllim, Şəhid Elgün Quliyev”, “Komandir (Ş.Ağayar)”, “Qələbədə payı olan Mahmudum (R.Nəcəfova)”, “Qısa ömürlərin uzun izləri... (M.Ağagüloğlu)”, “Eminin şəhidlik zirvəsi (M.İmamquluyeva)”, “Qanları ilə dastan yazanlar (E.İsmayıl)” adlı əsərlər oxuculara şəhidlərin fədakarlığını, igidliyini və Vətən yolunda göstərdikləri qəhrəmanlığı çatdırır.

Sərgidə BDU-da nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları”, “Vətən müharibəsi yerli və xarici mediada”, “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə”, “Tarix yazan məzunlar” adlı kitablar da yer alır.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli alim, yazıçı və pedaqoq  - Mir Cəlal Paşayev
28/09/2025

Milli qürur günümüz

Milli qürur günümüz
27/09/2025

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2025