BDU-da Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilir

27/09/2023

Bakı Dövlət Universitetində (BDU) 27 Sentyabr - Anım Gününə həsr olunmuş xüsusi dərslər keçirilir.

Dərslərdə müəllimlər tərəfindən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfəri haqqında məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən və şücaətindən bəhs edilib.

Xüsusi dərslərdə həmçinin bu il sentyabrın 19-da cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusunun təslim olduğu, suverenliyimizin tam təmin olunduğu və Azərbaycanın qəhrəman oğullarının bu şanlı tarixi öz qanları ilə yazdıqları vurğulanıb.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026