BDU-da "Antinarkomaniya - parlaq gənclik" adlı tədbir keçirilib

17/12/2021

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının təşkilatçılığı ilə "Antinarkomaniya-parlaq gənclik" mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan layihə rəhbəri Ülkər Həsənova tədbir iştirakçılarına layihə haqqında ətralı məlumat verib, layihə çərçivəsində keçirilən  maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra layihə çərçivəsində hazırlanmış maarifləndirici videoçarx nümayiş olunub, təlimçi qismində dəvət olunmuş Orxan Şahbaz narkomaniya, zərərli vərdişlər və onlardan uzaq dayanmağın yolları haqda tələbələrə ətraflı məlumat verib. Tədbir tələbələrin mövzu ətrafında suallarının cavablandırılması ilə yekunlaşıb.

Tədbirin keçirilməsində əsas məqsəd narkomaniya və bu kimi zərərli vərdişlərə qarşı gənclərin düzgün maarifləndirilməsi, bu zərərli vərdişlərin fəsadları ilə bağlı məlumatlandırma, yeniyetmə və gənclərin yaxşı təhsil və sağlam həyat tərzi seçməsinə dəstək vermək və ümumilikdə bu soisal bəlaya qarşı mübarizədə fəal iştrak etməkdən ibarətdir.

 

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026