BDU-da antmikrob agentlərin sintezi və tətbiqi üzrə tədqiqatlar davam edir

16/11/2021

Son dövrlər bakterial yoluxmaların antibiotik maddələrə qarşı davamlığın yaranması və inkişafı ilə əlaqədar olaraq yeni antimikrob agentlərin axtarışına diqqət artmışdır. Belə maddələrdən bir qismi də müxtəlif bakteriyalar tərəfindən sintez olunan bakteriosinlərdir. Bakteriosinlər kiçik molekullu polipeptidlər olub pathogen bakteriyaların inkişafına əngəl törədir.

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya ETL-in əməkdaşlarının müxtəlif xarici ölkələrdən olan tədqiqatçılarla bu istiqamətdə birgə tədqiqatları uğurla davam edir və alınmış nəticələrin tibbdə tətbiqi üzrə innovativ layihələr hazırlanır.

Belə ki, ETL-in müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Bacteriocins: Recent advances in application as an antibacterial alternative” (“Bakteriosinlər: Son nailiyyətlər və alternativ antibakterial vasitə kimi tətbiqi”) adlı icmal məqalə Web of Sience bazasinda indekslənən (Q3 kvartil kateqoriyalı, IF: 2.837) Current Pharmaceutical Biotechnology (2021, v. 21(3), p. 211-220) jurnalında cap olunub.

(DOI: 10.2174/1389201022666210907121254)

Məqalədə bakteriosinlərin patogen bakteriyaların hüceyrələrinə təsir mexanizmləri analiz edilir və onlardan alternativ mübarizə vasitəsi kimi istifadə yolları göstərilir.

 

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026