BDU-da Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırmaq üzrədir

08/02/2021

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı yaradılmış Apelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırmaq üzrədir.

2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması, obyektiv qiymətləndirmənin, onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın, obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apelyasiya Komissiyası onlayn fəaliyyət göstərib.

Bu günədək imtahanlarda iştirak edən tələbələrdən 105 nəfər imtahan nəticələri ilə əlaqədar Apelyasiya Komisssiyasına müraciət edib.

Apelyasiya Komissiyası ilə əlaqə üçün (+99477) 304 65 43 nömrəli qaynar xəttinə və ya imtahanqarargahi@bsu.edu.az elektron poçt ünvanına müraciət etmək mümkündür.

 

 

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026