BDU-da “Aprel döyüşləri - Böyük Qələbənin başlanğıcı” mövzusunda dəyirmi masa

02/04/2021

Bu gün Aprel döyüşlərinin beşinci ildönümü ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) “Aprel döyüşləri - Böyük Qələbənin başlanğıcı” mövzusunda onlayn dəyirmi masa keçirilib.

İştirakçıları salamlayan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev giriş sözü ilə çıxış edərək bildirib ki, xalqımıza uzunmüddətli atəşkəs dövründə ilk dəfə qələbənin sevincini yaşadan və 44 günlük Vətən müharibəsində şanlı zəfərin müjdəçisinə çevrilən bu tarixi qələbə hər birimizin yaddaşında silinməz izlər buraxıb. Natiq çıxışında tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu, xalqımızın böyük qələbəyə inamını daha da artırdığını vurğulayıb. Onu da əlavə edib ki, uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb.

Daha sonra Milli Məclisin üzvləri Arzu Nağıyev, Cavid Osmanov, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, birinci Qrabağ müharibəsi veteranı Knyaz Aslan, Tarix fakültəsinin müəllimi Hüseyn Hüseynlinin çıxışları dinlənilib. Çıxışlarda aprel döyüşlərində Milli Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidlikdən, bu tarixi hadisənin əhəmiyyətindən, qəhrəmanlıq nümunələrindən, Azərbaycan dövlətinin qüdrətinin, Milli Ordumuzun gücünün və xalqımızın monolit birliyinin nümayişinə çevrilməsindən ətraflı bəhs olunub.

Aprel döyüşlərinin iştirakçıları - BDU-nun Tarix fakültəsinin IV kurs tələbəsi Səxavət Ağayev, Coğrafiya fakültəsinin III kurs tələbəsi Ramil Əmiraslanov, Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Heydər Pərvazlı şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirdiyini söyləyərək öz döyüş xatirələrini iştirakçılarla bölüşüblər.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025