BDU-da “Aprel döyüşləri - Zəfərə aparan yol” adlı tədbir keçirilib

08/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Aprel döyüşləri-Zəfərə aparan yol” adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Aprel döyüşlərinin Vətən müharibəsindəki qələbənin təməli olduğunu və xalqın vətənpərvərlik ruhunu  alovlandırdığını qeyd edib.

Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, dosent Kərəm Məmmədov ermənilərin 200 ildən bəri davam edən təcavüzkarlıq siyasəti, Qarabağ münaqişəsinin başlanma tarixi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən hərbi və diplomatik siyasət, qazanılan uğurlar barədə məlumat verib.  
Tarix fakültəsinin II kurs tələbələri Akif Qasımzadə və Zohrab Cavadzadə Aprel döyüşlərinin qəhrəmanları barədə danışıblar.

Daha sonra Tarix fakültəsinin II kurs tələbələri Turanə Abbasova, Nəbi Hüseynov, Ehtiram Qurbanov vətənpərvərlik ruhunda yazdıqları şeirlərlə çıxış ediblər.

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026