BDU-da “Aprel döyüşləri-qəhrəmanlıq tarixçəmiz” adlı tədbir keçirilib

03/04/2019

Bakı Dövlət Universitetində “Aprel döyüşləri-qəhrəmanlıq tarixçəmiz” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Biologiya fakültəsinin ictimai işlər üzrə dekan müavini Musa Cabbarov,fakültənin Tələbə Gənclər Təşkilatının sədri Arifə Məmmədbəyova, Mirzə Ələkbər Sabir fondunun rəhbəri Sevda Tahirli aprel hadisələrini işğal altında olan torpaqlarımızın geri qaytarılması uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi xarakterizə edib, bu döyüşlərin gənclərdə həmrəylik, vətənpərvərlik tərbiyəsinin və milli ruhun gücləndirilməsində böyük rolundan danışıblar.
BDU-nun rektoru Elçin Babayev tədbirdə iştirak edən aprel döyüşçüləri, kapitan Hikmət Məmmədov, baş leytenantlar - Röyal Əşrəfov,  Səməndər Manafov, leytenant  Müzəffər Bahadırov və gizir Səxavət Salmanov ilə görüşüb.
Görüşdə Azərbaycan ordusunun gücünü və xalqımızın birliyini nümayiş etdirən aprel döyüşlərində qazanılan uğurlardan, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışılıb, şəhidlik zirvəsinə ucalan igid oğullarımız xatırlanıb.


Mətbuat və informasiya şöbəsi, 3 aprel 2019-cu il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026