BDU-da "Aprel Zəfəri" adlı tədbir

05/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinin 5 illiyinə həsr olunmuş "Aprel Zəfəri" adlı onlayn tədbir keçirilib.  
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov tədbiri giriş sözü ilə açaraq Aprel döyüşləri barədə ətraflı məlumat verib. Bu qələbənin tariximizin yaddaşında şanlı səhifə olduğunu qeyd edən E.Əhmədov Vətənin azadlığı uğrunda canını  fəda verən hərbi qulluqçularımızın əziz xatirəsini hər zaman əziz tutaraq, onların bu mübarizəsini özlərinə nümunə götürməyi tələbələrin diqqətinə çatdırıb.  
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tələbələrə Aprel döyüşlərinin strateji əhəmiyyətindən bəhs edərək Azərbaycan əsgərinin qəhrəmanlığını və tarixi qələbəni təcəssüm etdirdiyini diqqətə çatdırıb. Bu döyüşlərin bütün dünyaya Azərbaycan ordusunun gücünü və qələbə əzmini nümayiş etdirdiyini xüsusi vurğulayıb.  
Mexanika-riyaziyyat fakültəsinin TGT sədri Katya İbrahimli ordumuzun Aprel döyüşlərindəki şücaətindən bəhs edərək bu döyüşlərin gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdiyini qeyd edib. O, gənclərin Azərbaycan tarixinin bu şanlı səhifəsi ilə qürur duyduqlarını söyləyib.  
Tədbirdə Vətən müharibəsi və Aprel döyüşləri qəhrəmanları - Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin tələbə qaziləri Ramil Əmiraslanov və Heydər Pərvazlı öz döyüş təəssüratlarını gənclərlə bölüşüblər.  Çıxışlarda Vətəni hər şeydən çox sevməyin, onun üçün hər qəhrəmanlığa hazır olmağın və vətənimizi hər şeydən üstün tutmağın vacibliyini vurğulanıb. Qazilər azğın düşmənlə necə qəhrəmancasına vuruşduqlarından, Ali Baş Komandanın hər bir əmrini necə həvəslə və şərəflə yerinə yetirməklərindən də danışıblar.

Xəbərlər

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
19/06/2025

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
19/06/2025

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş
18/06/2025