BDU-da “Açıq hava turizm fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda elmi seminar

28/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Açıq hava turizm fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.

Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının doktorantı Kərim Hüseyn-zadə  elmi məruzə ilə çıxış edib.

Kərim Hüseyn-zadə mövzunun aktuallığını, açıq hava turizm növlərinin xüsusiyyətlərini, əhəmiyyətini qeyd edərək, bu turizm fəaliyyətində  tələbin qiymətləndirilməsi, koronavirusun beynəlxalq turizm bazarına təsiri, həmçinin müxtəlif statistik mənbələrdən əldə edilən məlumat və qrafiklərin nəticələri haqqında məlumat verib. O, Azərbaycanda açıq hava turizm fəaliyyətlərinin inkişaf üsullarının müəyyənləşdirilməsi, onların elmi-nəzəri və praktiki əhəmiyyəti haqqında təkliflər irəli sürüb.

Fakültənin dekanı Şəkər Məmmədova məruzəçinin 2019-cu ildə BDU-nun Coğrafiya fakültəsinin turizm və otelçilik ixtisası üzrə magistratura pilləsini fakültə birincisi olaraq fərqlənmə diplomu ilə bitirdiyini, təhsil aldığı müddət ərzində “Mevlana” proqramı çərçivəsində Türkiyə Respublikasının Ali Təhsil Nazirliyinin tam təqaüdünə layiq görülərək Kastamonu Universitetinin turizm və otel menecmenti magistr proqramında təhsili aldığını və fərqlənmə diplomuna layiq görüldüyünü, hazırda doktorantura təhsili müddətində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Antalya şəhərinin Alanya turizm bölgəsində elmi-praktik fəaliyyətlə məşğul olduğunu seminar iştirakçılarının nəzərinə çatdırıb.

Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”

BDU-da elmi seminar: “Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması”
23/04/2026

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti

BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti
23/04/2026