BDU-da Aşıq Ələsgərə həsr olunmuş kitabın təqdimatı keçirilib

08/04/2022

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Elmi Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin Aşıq Ələsgər irsinə həsr olunmuş “Heç demirsən Ələsgərim hardadır?!” kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən kitabın elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli bildirib ki, ötən il Aşıq Ələsgərin 200 illik yubileyi ölkə miqyasında geniş şəkildə qeyd olunub. Yubileyin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 fevral 2021-ci ildə sərəncam imzalanıb, ölkə başçısının 30 noyabr 2021-ci il tarixli sərəncamı ilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması qərara alınıb. Almaz Ülvinin təqdim olunan kitabının məziyyətlərindən bəhs edən İsmayıl Məmmədli nəşrin alimin 20 ildən artıq apardığı ciddi elmi araşdırmalarının nəticəsi kimi ortaya çıxdığını vurğulayıb.

Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş direktorunun müşaviri, professor Əlizadə Əsgərli, BDU-nun Filologiya fakültəsinin professoru Ülkər Nəbiyeva, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Elmi Kitabxananın direktoru Nigar İsmayılova haqqında bəhs olunan kitabın Aşıq Ələsgər irsinin tədqiqinə layiqli töhfə olduğunu bildiriblər.

Kitabın müəllifi Almaz Ülvi təqdimatın keçirilməsinə şərait yaratdıqlarına görə BDU rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

Tədbirin sonunda Elmi Kitabxana tərəfindən təşkil olunmuş Aşıq Ələsgərin kitablarından ibarət sərgiyə baxış keçirilib.

Xəbərlər

BDU-nun SABAH qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

BDU-nun SABAH qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada
16/04/2024

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anım günüdür
15/04/2024

BDU-nun SABAH qruplarının tələbələri “Maarifçi” təcrübə-təqaüd proqramının qalibi olublar

BDU-nun SABAH qruplarının tələbələri “Maarifçi” təcrübə-təqaüd proqramının qalibi olublar
15/04/2024