BDU-da Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

26/05/2021

Bakı Dövlət Universitetində ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 fevral 2021-ci il tarixli Sərəncam imzalandığını diqqətə çatıdırmış, həmin Sənəddə ölkə başçısının Aşıq Ələsgərin yaradıcılığına, sənətinə böyük dəyər verdiyini vurğulamışdır. Elçin Babayev qeyd etmişdir ki, xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman Ulu Öndərimiz  Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz Ulu Öndərimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubiley tədbirləri dövlət səviyyəsində ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilmiş, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilmiş, qədim yurd yerimiz olan Göyçə mahalında Aşıq Ələsgərin abidəsi ucaldılmışdır. Rektor bildirmişdir ki, aşıq sənətinə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Milli Məclisin deputatı Naqif Həmzəyev, BDU-nun kafedra müdiri Knyaz Aslan çıxış ediblər. Çıxışlarda Aşıq Ələsgər sənətinin qüdrətindən, eyni zamanda ölkəmizdə aşıq sənətinə verilən yüksək qiymətdən bəhs edilib.

Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Aşıq Ələsgərin şeirləri saz havaları üstündə ifa olunub.

Tədbirin sonunda çıxış edən - Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli yüksək səviyyəli tədbirin təşkilatçılığı üçün BDU rəhbərliyinə və iştirakçılara Aşıq Ələsgər ocağı adından təşəkkürünü bildirib.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024